Əcəl Zəngi və Əlvida, Silah! romanlarının eyni müəllif tərəfindən yazılması reallığı məni çox təəccübləndirir, çünki bir insanın bu dərəcədə kəskin fərqli üslubda əsərlər yazmağı çox təqdirəlayiqdir. Əslində, bəli, belə olmalıdır amma bu çox da tez-tez rastlaşdığım bir səhnə olmadığı üçün heyranlığımı gizləmək istəmədim.
Ernest Hemingway bu kitabda əsasən müharibə haqqında incə mesajlar ötürüb(söz yox, buna səbəb müəllifin o vəziyyətin tam içində olmağı idi), həmin şərait bizə heç də yad olmadığı üçün oxuduqca beynimdə "100%", "vallah da" ifadələri fırlanırdı.
Kitab qismən avtobioqrafikdir və mövzusu bəllidir, mənim oxuma səbəbim Ernest Hemingway qələminə olan marağım idi, əgər sizin də diqqətinizi çəkirsə, fikrimcə mütləq şans verməlisiniz.
Əlvida, Silah!Ernest Hemingway · Bakı Kitab Klubu · 20177,9bin okunma