Puan vermedi·210 syf.····Okunma: 07 Şubat 2025 21:26 Öncəliklə qeyd etmək istəyirəm ki, bu kitabı hər kəsə tövsiyə edirəm. Oxumaqdan böyük zövq aldım, dili sadə və axıcıdır. İndi isə kitab haqqında ümumi məlumat və çıxardığım nəticələrdən danışmaq istəyirəm.
"Yaşamak" kitabının baş qəhrəmanı Fuquidir. Hadisələr onun dilindən nəql edilir. O, uşaqlıqdan başlayaraq həyatının bütün mərhələlərini danışır. Məşhur bir ifadə var: "Kitab oxumayan sadəcə bir həyatı, kitab oxuyan isə minlərlə həyatı yaşayır." Bu kitab tam olaraq bu fikri təsdiqləyir. Oxuduqca Fuquinin həyatının hər anına şahid oluruq – onun etdiyi səhvləri, yaşadığı çətinlikləri, sevinc və kədərlərini sanki özümüz də hiss edirik. Bu, bizə əvəzsiz bir təcrübə qazandırır.
Məni ən çox təsirləndirən məqam isə Fuquinin və ailəsinin xoşbəxtliyi maddi zənginlikdə deyil, mənəvi dəyərlərdə tapması oldu. Bu kitab insana həyatın nə qədər ötəri olduğunu və xoşbəxtliyin sadə anlarda gizləndiyini göstərir. Bəzən bir neçə xoşbəxt an, bütün maddi nemətlərdən daha dəyərlidir.
Kitabı oxuyarkən oradakı insanların həyatlarını öz həyatınızla müqayisə edin və sahib olduqlarınız üçün minnətdar olmağı unutmayın.