Gönderi

Puan vermedi·928 syf.··
2025 6. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Şubat 2025 00:00
"Beyaz leke" bir alıntı ilə məni özünə çəkdi. Dünyadan yorulanda kitablara qaçmağı sevirəm, çünki kitablarda real dünyada az rastlana biləcək dostluqlar, sevdalar, ailələr var. Axtardığım şeyin dahasını tapdım əlbət. Yazıçının şeir kimi qələmi varsa da, gözlərinizi torbaya çevirə biləcək dram sevgisi vardı. Kitabda azadlığı mövzu alan bir çox kitabların adı çəkilmiş, mütaliəsiz, sənətsiz, azadlıq olmayan dünyanın portreti ortaya qoyulmuşdu. Aslı Arslan diktaturanın günü-gündən hansı həddə necə qalxa biləcəyini ilmək-ilmək işləməklə yanaşı, azadlığın fədakarlıq olmadan qazanıla bilməyəcəyini də göstərdi. Qaranlığı təmizləmək üçün onunla savaşmalısan və bu zaman əlbəttə ki də sən də qaranlığa bulaşacaqsan, ruhunun böyük bir parçasını itirəcəksən. Müharibədən çıxanlar fiziksəl zədə almamış olsalar da ruhsal olaraq böyük hasar alırlar. Tuqay, Eftalya, Giray, Sinan, Marco, Gamze, Red, Javier -hamısı bir savaş üçün bir araya gəlmələrinə, (yazıçının hər gözəl, sevincli anları onların boğazlarında qoymasına rəğmən) gözəl yoldaş oldular. Eftalya və Tuqay məncə bizə məktəblərdə öyrədilən Leyli və Məcnundan daha cəsur aşiqlər. Onların adları, hekayələri məncə heş unudulmamalıdır. Bir çox oxuyucu kimi mən də kitabın sonu ilə razılaşa bilmirəm. Bəziləri deyir ki xoşbəxt son ola bilməzdi. Gəncliklərini ölkələrinin parlaq gələcəyi üçün qaraldan insanların xoşbəxt bir sona layuq olmamasına baxmayaraq:))) Eftalyamız da bu cür ölümə layiq deyildi. Məni və əminəm ki bir çox oxuyucunu kitaba bağlayan bu ikilinin bir-birlərinə olan düşkünlüyü , qıya bilməməsi idi. Və yazar hər göz yaşı üçün bir yanğın çıxaran, sevdiyi qadının saçının telinə zərər gəlməsinə tab gətirməyən adamın gözləri önündə sevdiyi qadını öldürdü:) Ölüm normal həyatda qaçınılmazdır, onların ölümünü də hardasa qəbul edə bilərdik, amma ölümlərin ən alçağını qarlar kraliçasına yaraşdırmadıq:)) Tuqay və sevgili avukatının qovuşmasına:) Digər geirdə qalanların isə yarım olsalar belə ən gözəl şəkildə yollarına davam etməsinə....
Beyaz Leke - 2Aslı Arslan · İndigo Kitap · 20252,825 okunma
·
169 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.