10/10
·288 syf.··
Beğendi
·
2025 1. kitabı
·
67 günde okudu
·
Okunma: 08 Şubat 2025 20:27
Bu kitabı indicə bitirdim. Və məndə buraxdığı hiss ümid , xoşbəxtlik və hüznün qarışımı oldu. Uzun zaman idi ki, bu kitabı oxumaq istəyirdim və hələ də inanıram ki hansı kitabı oxusam mənə bir şeylər qatacaq , illa ki qatacaq . Bu kitabda fərqli obrazların həyatlarına səyahət etmək mümkündür. Hər bir obraz həyatının bir dönəmində ümidsizliklə, tükənmişliklə, üzüntü və acılarla mübarizə aparmış və müəllifin də dediyi ki, dünya üzrə böyük uğurlara imza atmasalar belə günün sonunda öz həyatları çərçivəsində uğurlu olmağı bacarmış insanlardı. Baş obrazımız Youngju-dur və hekayədə onun uşaqlıq xəyalı olan kitabevi açmasından və hər şeyin bu kitabevi əhatəsində baş verməsindən bəhs edilir. Kitabda mənə təsir edən bir çox məqamlar oldu. Ən əsası da kitabın sonlarına doğru bir şeyin fərqinə vardım. Hyunam-Dong kitabevi onun əhatəsində toplanan insanları bir-birinə bağlamış və həyatlarını dəyişdirmişdir. Kitabevi burda toplanan insanlar üçün gözəl insanlardan ibarət bir çevrə qazandırmışdı. Mənim ən sevdiyim səhnələr isə Youngju ilə Seungwoo-nun olduğu səhnələr idi . Və hər səfərində məni gülümsətməyi bacarırdı. Bu kitab haqqında çox şey danışmaq olar , amma oxumadan bilə-bilməzsiniz . Və ən əsası oxumağa həqiqətən dəyən bir kitabdır( ən azından mənim şəxsi fikrimdir, çünkü bir kitabla da qarşılamaq təsadüf deyildir).
Hyunam-Dong KitabeviHwang Bo-reum · Athica Yayınları · 202415,2bin okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.