~ Salamlar, kitabsevər dostlar! Bilirəm, bu ara oxuyub bitirdiyim kitabların təhlilləri arasında uzun aralar verdim amma ilk bunu paylaşım (üstündən neçə həftə keçib)
Fəlsəfəni necə sevdiyimi bilirsiniz və bu dəfə də ilin oxuduğum ilk kitablarından biri də, məhz @destekyayinlari ‘nın ‘fəlsəfə seriyası’ndan olan Diogenes Laertios ‘in Sen Beni Aşağılayabilirsin Ama Ben Aşağılanmam kitabı oldu. Və onu deyim ki, nəşriyyatın bu seriya kitablarını çooox sevirəm
Diogen’ə görə, ən doğru yol insanın batininə olan, ən gözəl inkişaf isə özünü kəşfetməsi ilə başlayır. Və insan xoşbəxt, hüzurlu yaşamaq istəyirsə, ‘artıqlıq’ olan hər şeydən qurturmalı və mənəvi zənginliyinə zənginlik qatmalıdır.
“Əsl xoşbəxtlik, insanın həm zehni, həm də ruhunun sevinc içində olmasıdır” deyərək xoşbəxtliyin izahını da çox incə şəkildə vermiş olur.
Kitabda; Diogenin fəlsəfi görüşləri, xoşbəxtlik, sevgi, insanlığa aid fikirləri yer alır. Zahirin keçici, batinin isə əbədi olmasını vurğulayır və insanların bədənimizi deyil, ruhumuzu sevməsinin önəmli olduğunu, zehnin səhərdlərinin olmadığını izah edir.
Mən sevərək mütaliə etdim və aydınlandım. Oxuyacaq olanlara indidən faydalı mütaliələr və növbəti paylaşıma qədər ədəbiyyatla qalın ’