·144 syf.··Beğendi
···Okunma: 10 Şubat 2025 19:08 Bu kitabı oxuyanda hiss etdim ki, Aqşin Yenisey təkcə bir hekayə danışmır, həm də oxucunu öz dünyasına çəkib düşündürür. “Həriflərin Vahiməsi” adından da göründüyü kimi, sözlərin və düşüncənin yaratdığı qorxuların içində bir yolçuluqdur.
Müəllifin tənqidi realizmi açıqdır, cəmiyyətin və insanın qaranlıq tərəflərini gizlətmədən göstərir. Əsər boyu intellektual və mənəvi gərginlik hiss olunur, bəzən oxuduqca dayanıb fikirləşmək istəyirsən.
Bəs biz həqiqətən hərflərin vahiməsindən qorxuruq, yoxsa onlar sadəcə içimizdəki qorxunu bizə oxumağı öyrədir?