Gönderi

8/10
·116 syf.··
2025 3. kitabı
• Həmişə qəhrəman ola bilməzsən,amma həmişə insan olaraq qala bilərsən..." Bəs insan olmaq necə?! İnsan olmaq da hansısa qəhrəmanlıq, yaxud xüsusi bacarıq tələb etmir ki! Sadəcə insan olmaq... Bu gün ətrafımızda "qəhrəmanlar" artsa da, insanlar azalır....Eləcə də insanlıq özü... Salam 1k əhli. 7 ay sonra təhlil yazmaq qərarına gəldim. O da bu kitaba qismət imiş. Təhlilə kitabdan cümlələrlə başlamaq istədim, çünki bu cümlələr kitabın ən bəyəndiyim və ən çox haqq verdiyim cümlələrindən bir neçəsi idi. Təəssüf ki günümüzdə doğurdan da insan və insanlıq artıq ölüb.... Hər kəs özünü və öz mənfəətini düşünür. İnsanları artıq tanımaq və güvənmək mümkünsüz olub. Kitabda da bunun açıqca şahidi oluruq..Ümumi olaraq kitabı bəyəndim, müəllifin ilk işi olmasına baxmayaraq, fikrimcə alınmışdı... Sonunu həyəcanla gözləyirdim,ama müəllif bizi intizarda saxlamağı seçibmiş. Artıq ikinci kitabı həyəcanla gözləməli olacam)). Çox yazıb spoiler vermək istəmirəm. Kitabı oxumağınızı tövsiyə edirəm. Kitabın və gənc yazıçımızın layiq olduğu dəyəri görməsini arzulayıram.. Müəllifə yazıçılıq fəaliyyətində uğurlar, sizlərə də xoş mütaliələr arzulayıb təhlili sonladırıram. Sağlıqla,sevgiylə və kitabla qalın,əziz kitabsevərlər♡♡ Ehtiram Babaşov Mənim Qəhrəmanım Olarsan?!
Mənim Qəhrəmanım Olarsan?!Ehtiram Babaşov · Mücrü Nəşriyyatı · 202549 okunma
··
337 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Hər vaxtınız xeyir! vaxt ayrıb, şans verib oxuduğunuz üçün öncədən təşəkkürlər✨ Əsl "qəhrəmanın" axtarışında, ll hissədə görüşmək ümidi ilə ...
Fatima Mhrremova ♡
Gönderi Sahibi
@Babashoff1_ Könül istərdi Səlim və Gülər səhnələri oxuyaq,amma daha bu mümkünsüzdür deyə düşünürəm. Yenə də ikinci hissəni səbirsizliklə gözləyirəm. İki baldan birini də bu nüansdan dolayı çıxmışam.. Sizə uğurlar. İkinci hissədə görüşmək ümidi ilə..