Gönderi

Şedevr
10/10
·488 syf.··
Beğendi
·
2025 21. kitabı
·
7 günde okudu
·
Okunma: 14 Şubat 2025 08:30
65 il ərzində yazılmış bir şah əsər... Mümkünsüz kimi görünür, amma Goethe bunu bacardı. Faust üzərində işləməyə 18 yaşında başladı və təxminən 80 yaşında tamamladı. Bu, təkcə bir əsər deyil, insanın bilik, həqiqət və müdriklik axtarışının simvoludur. Əsərin qəhrəmanı Faust, həyatın sirrini öyrənmək üçün ruhunu Mefistofelə satır. Amma bu, sadəcə bir müqavilə deyil – insanın əbədi narazılığı və sonsuz istəklərinin təcəssümüdür. Goethe bu əsərdə bütövlükdə insanın daxili mübarizəsini, arzularını və xilasa olan ümidini təsvir edib.Oxuyarkən sanki hər kəs öz içindəki Faustla qarşılaşır – bilik üçün yanıb alışan, amma əbədi razılığa çata bilməyən o insanla. "Sənət uzun,ömrümüz qısa..."
1000Kitap
FaustJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 202516,9bin okunma
·
67 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.