Puan vermedi·72 syf.··
Beğendi
·
2025 1. kitabı
2025-ci ilin ilk kitabı olduğu üçün kiçik həcmli bir kitab seçdim ki,tez bitirib motivasiyam artsın. Amma gözlədiyim kimi heç rahat və sürətli oxuya bilmədim. Kitab qısa olsa da baş qəhrəmanın hisslərini bütün incə ayrıntılarına qədər bizə çatdırır. Baş qəhrəmanın iç səsini oxuyarkən əslində biz özümüz də çox düşünürük, onunla birlikdə nəyin doğru nəyin yalnış olduğunu aydınlaşdırmaq istəyirik. Əsərdə hər hansı bir süjet xətti yoxdur və ya hər hansı bir hadisə baş vermir,ona görə də yavaş gedir və insanı bir az yorur.Kitabda sevgiliyə qarşı hiss edilən qısqanclıq aydın şəkildə izah edilir. Amma qəhrəmanımız bu hissi qəbul etmək istəmir. Çünki hiss etdiyi qısqanclıq eşqdən doğan bir hiss idimi yoxsa qısqanclıqdan sonra Albertine qarşı bir hisslər bəslədiyini anlaya bilmirdi. Qısacası içində bir mübarizə aparırdı. Ən qəribəsi isə savaşı özü ilə idi. Kitabı tam bəyəndim deyə bilmərəm ,bir az sıxıcı idi mənim üçün. Sizə isə xoş mütaliərrrrr Kitabla qalın
1000Kitap
KıskançlıkMarcel Proust · Can Yayınları · 20202,665 okunma
·
64 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.