5/10
·472 syf.··
2025 7. kitabı
·
11 günde okudu
·
Okunma: 16 Şubat 2025 23:30
Hərçənd ki, müəllifdən başlanğıc olaraq məşhur filmi də olan "Atonement" oxumaq istəyərdim, qismət ən son yazdığı əsərə imiş. Bu əsər müəllifin ən yaxşı kitabı olaraq qiymətləndirilir, açığı yazılan təriflərdə mən bir məna tapa bilmədim, keçim niyəsinə: 1. Kitaba "Lessons"(Dərslər) adını verib girişi arvadı itən Rolandın anidən pianino dərsi aldığı müəlliməsini xatırlaması ilə açır. Girişdə belə tam oturmayan nüanslar var, məsələn bu kitabın redaktoru olsaydım, giriş olaraq travmatik hadisəni verib sonra digər hadisəyə keçid edərdim, çünki həyat yoldaşının onu tərk etməsi də özlüyündə kədərli hadisədir və piano dərsi almasını xatırlaması ilə evliliyi arasında bir əlaqə yoxdur, amma oxuyanda elə bilirsən var və o gözləntidə gedirsən. 2. Həddindən artıq mənasız detal var kitabda. Kitabın baş qəhrəmanı kimdir? Roland. Amma bütün yan qəhrəmanların həyatını hansı məktəbdə oxumasına qədər qeyd edib yazıçı, özüdə hələ lap əvvəlki fəsillərdə. Bu sonrakı hadisələrin gedişatında bir rol oynayırmı? Əsla. 465 səhifəlik romanın bəlkə elə 100 səhifəsi kənar adamların boş həyatını detallandırılmasına həsr olunub. Bioqrafiya oxumadığımıza və bu hadisənin real olmadığını nəzərə alsaq, gərək varmıydı? Xeyr. 3. Qəhrəmanların beynində dəxlisiz düşüncə axışı. Aydındır ki, yazıçının əsas qayəsi baş verən travmatik hadisənin fonunda Rolandın dəyişən həyatı və onunla bərabər siyasi mühitdir. Amma həyatla siyasət arasında qurduğu əlaqə çox boşdur, adam uşaqlığında onu cinsi istismar edən qadınla üzləşməyə gedir və siyasət düşünür. Travma və siyasət. Siyasi xadimsənsə yaxından uzaqdan bəlkə əlaqəsi olardı, amma deyil. Həyatımda hansısa kitab qəhrəmanından kritik anda bu qədər mənasız özünü sorğulama mətni oxumamışdım. Bu əsər boyunca belə davam edir, ən dəxlisiz anlarda qəhrəmanının düşüncə axışına siyasəti qatılır. İş orasıdır ki, bu hissələr də səmimi yazılmayıb, kiminsə düşüncəsindən çox eləbil qəzet başlığı oxuyursan. Paralelliyi qura bilməyib müəllif. 4. Baş qəhrəmanın heç bir məqsədə tutunmadığı boş həyatı. Adətən bu cür əsərlərdə yazıçı başından kədərli və ya böyük travmaya səbəb olacaq hadisə keçən qəhrəmanını nəyləsə mənalandırır. Maraqlıdır ki, kənar xarakterlərin hamısında bu var, baş qəhrəmandan başqa, axıra qədər başıboş yaşayır, onda niyə baş qəhrəmandır? Oxucuda sual yaranır. Elə kənardakıların başına gələnləri oxuyaraq da kitabda verilmək istənən mesajları çıxarmaq olardı. 5. Lap yaxşı halda əsəri ələ alsaq, məsələn hesab edək ki, Rolandın başından bu cür hadisələr keçir və o heç bir dərs almır, amma aldığı piano dərsi ən böyük travması olaraq həyatını ömrünün sonuna qədər dəyişir, bu halda belə kitabı 150 səhifəyə sığdırmaq olardı. "Atonement" əsərinə şans verib böyük ehtimal bir də müəllifdən nəsə oxumayacam.
DerslerIan McEwan · Yapı Kredi Yayınları · 2023217 okunma
·
92 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.