2/10
·%24 (50/206 syf.)·
İndiyə qədər oxuduğum detektiv kitablar arasında ən ən ən zəifidir deyərdim. Bəlkə də, "Əqrəb mövsümü" serialı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, amma kitab ilə onun əsasında çəkilən film və seriallar arasında yetəri qədər fərqlərin olduğunu çox görmüşük. Hər bir halda yazıçının oxucunu kitaba kilidləməsi bu cür bəsit cümlələr quraraq, reallığı hiss etdirməyəcək qədər hadisələrin hər incə detalını ard-arda qeyd etməsi ilə olmur. Kitaba 50 səhifə şans verdikdən sonra yazıçıya uğurlar arzu edib yarıda qoyuram.
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015182 okunma
·
3 +1'leme
·
167 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Mən lap əvvəldən seriala baxmadım. Yəni mövzunu bilmirdim. Kitabın ortasında mövzunu tutmuşdum. Yanılmadım. Əslində detektivdə sənin gözləmədiyin nəticə çıxmalıdı. Amma həmişə cavabı biləndə bir tərəfdən də sevinirəm ki, başım işləyir 🤣
Aytən Hüseynli
Gönderi Sahibi
Yox, hər şeyi qoyuram qırağa, sualları da, cavabları da. Kitabın dili nə üçün bu qədər zəif olsun axı? Elə bil "Məlikməmməd" nağılı danışır yazıçı. Məlikməmməd bu qapıdan girdi, gördü div var, div belə elədi, elə elədi və s. İnsanı yoran da, sıxan da budur. Mətndaxili bəzi informasiyalar, yeni bir şeylər yaz heç olmasa, hadisələri qarışdır, yenidən aç. Yoxsa, ay nə bilim, müstəntiq maşını belə sürdü, tıxaca düşdü, qapını açdı, içəri girdi, sonra qapını bağladı. Bu nədir də? 🤦🏻‍♀️