Cəmiyyətdə baş verən izdihamlardan azad edib hüzur verdiyi qədər, ölümü yada salıb təşvişə salan bir fəlsəfə dili…
Oxuduqca varoluşumu davamlı şəkildə düşünməyə vadar edən Marcus dediyi hər cümlədə insan şüuruna yenilik və fərq qatır. Bəzən nəfsani güclərə qapıldığımız zaman əslində bəsit və sadə bir təfəkkürlə yaranan hər bir problemə həll yolu tapmaq olduğunu dəfələrcə vurğulayır əsərin müəllifi….
Təsirləndiyim və özümü əsas qınaq obyektinə çevirdiyim çox nüansla qarşılaşdım. Bu səbəbdən oxusanız olar deyil, oxumalısınız. Bir cəmiyyət, bir şəxsiyyət kimi formalaşmaq üçün buna məcburuq. Bu səbəbdən bunu istək yox ehtiyac kimi görməyinizi çox istərəm…