10/10
·481 syf.··
2025 2. kitabı
·
24 günde okudu
·
Okunma: 20 Şubat 2025 14:37
#k:244Livaneli Zülfü Livaneli Kitabı oxuyub bitirməyimə sevinimmi, ya kədərlənimmi, ya da hələ oxumamış olanları qısqanımmı?? Bilmirəm. Kitabın üzərindəki yazını ( "Okurlarını büyülüyor") oxuyanda mənə çox maraqlı gəldi, görəsən necə bir hekayədi ki ? Həqiqətən beləmi kitabdır, sevəcəmmi?, deyə düşündüm və başlar-başlamaz bir alıntı ilə bu kitab mənim düşüncəmi yansıtdığını və sevəcəyimi anladım, o alıntı: "Bir gün dediklerimi değil, demek istediklerimi anlayacak bir erkek çıkmayacak mı karşıma! Hava kötü dediğimde sadece havadan söz etmediğimi anlamak bu kadar zor mu? İlle de, ben bu hayattan bıktım, türünde sözler mi etmeliyim? İşim çok dediğimde, bana sahip çıkacak bir erkeğe ihtiyaç duyduğumu anlayacak biri... Yanımda olmanı istiyorum diyemediğim için bu yağmur içimi ıslatıyor dediğimi nasıl anlamaz? Düpedüz, sarıl bana dedikten sonra, sarılmanın ne anlamı kalır! Olmayacak duaya âmin deme duygusunu yaşıyorum sürekli." Bəli, oxuduğum kitablar arasında məni fərqli duyğulara bürüyən kitablardan ən birincisi deyərdim. Kitabı oxuyanda fərqli duyğular keçirdim; sevinc, kədər, qorxu, bəzən təlaş. Bəzən keçmiş üçün darıxdım, bəzən nə qədər şanslı olduğumuzu anladım, "sevdiklərimiz yanımızda nə qədər şanslıyıq" dedim, bəzən isə insanların (bəzi) nə qədər yırtıcı məxluq olduğu yadıma düşdü, kədərləndim. Buna görə həmişə bu kitabı fərqli duyğularla xatırlayacam, oxuyarkən mənə qatdığı duyğulara təşəkkür edəcəm. Hekayə 2001-ci ilin fevral ayında soyuq bir gün, Istanbul Üniversitetində xalqla ilişkiler vəzifəsini yerine yetirən Maya Duran'ın (36 yaş) ABD'dən gələn Alman əsilli Professor Maximilian Wagner'i (87 yaş) qarşılaması ilə başlayır. Maximilian Wagner 1930-cu illərdə İstanbul Üniversitetində müəllim kimi çalışmışdır. Və bir günün onun istəyi üzərinə Maya ilə birlikdə Şile'ye gedirlər. Beləcə, Maya 60 illik sevgi hekayəsinə qatılmış olur, həmçinin həyatında bilmədiyi bəzi həqiqətləri öyrənir. Hekayə Maya Duran'ın dilindən danışılmağa başlayır. Əgər bir gün məzarınızın üzərinə xoşbəxt olduğunuz günü yazmaq mümkün olsaydı, neçə gün yazardınız ? 1,2,3? Bizim xoşbəxt olduğumuz günlər 52-ni keçər sizcə? Bunu düşündüm və bir yerdə oxuduğum bu söz yadıma düşdü: " Əslində həyat xoşbəxt olduğumuz günlərdən yox, anlardan ibarətdir " və bu anların içində bizim xoşbəxt olduğumuz günü hansısa hissədən kəsən kədər var. Çalışın həmişə xoşbəxt olun, özünüzü sevin, kitabdakı Maximilian Wagner'in Nadia'nı və Nadia'nın da Wagneri sevdiği kimi birini sevin, həmin hisslərlə sevin. Nadia Wagner'ə məktubunda belə yazırdı: " Aynı şehirde, birbirimize yakın olduğumuzu bilmek, aynı havayı solumak bile beni mutlu kılıyor". Və kitabı fərqli duyğularla bitirirəm, xoş mütaliələr...
İnsan ve Duygular
SerenadZülfü Livaneli · Doğan Kitap · 2020163,9bin okunma
·
62 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.