Puan vermedi·196 syf.····Okunma: 20 Şubat 2025 17:49 Jack Londonun "Ağ Diş" romanı, vəhşi təbiətin sərt qanunlarını və insanla heyvan arasındakı mürəkkəb münasibətləri dərindən araşdıran güclü bir əsərdir. Kitab, yarı canavar, yarı it olan Ağ Dişin gözləri ilə dünyanı anlamağa çalışır və onun yaşadığı çevrəyə uyğunlaşmaq mübarizəsini təsvir edir.
Romanın ən təsirli tərəfi, təbiətin amansızlığı və insanın qəddarlığı ilə mehribanlığı arasındakı incə sərhədi göstərməsidir. Bu, heyvan və insan psixologiyasının paralel şəkildə inkişafını göstərən dərin fəlsəfi bir mesajdır. Bu kitab təkcə heyvanlar haqqında deyil, həm də həyatın çətinliklərinə qarşı mübarizə aparan hər bir insan üçün ilhamverici bir hekayədir. Cek Londonun təsvir etdiyi dünya sərt, bəzən qəddar olsa da, içində həmişə ümid işığı var. Mənə hədiyyə edilən ən gözəl kitablardan biri oldu.