Leyla

Leyla
@LeilaRustam
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
- İnsanlar həmişə öz hisslərini ifadə etməyə can atırlar, lakin əksəriyyəti buna qadir deyildir. Onlar bunu başqalarına həvalə edirlər. Bax, o zaman talant onların köməyinə gəlir. Biri bəşər arzularını musiqidə, o birisi şeirdə, üçüncüsü dramada ifadə edir. Bəzən isə təbiət bütün hissləri insanın üzündə cəmləşdirir. O üzü bütün insan meyillərinin ifadəçisi olur.
Puan vermedi·540 syf.··
2025 16. kitabı
·
24 günde okudu
·
Okunma: 07 Mart 2025 14:17
Kerri bacı kitabını olduqca həvəslə oxudum. Maraqlı və axıcı bir dili var idi. Lakin sona çatdıqda məni düşüncələrə qərq edən bir kitab oldu. İlk növbədə Kerriyə qarşı düzü müsbət münasibət bəsləyə bilmədim. Çünki Kerri bəlkə də arzularını reallaşdırdı, istədiyi həyatı yaşadı, amma geridə qoyub getdiyi heç bir şeyə dönüb baxmadı. Onu o arzulara aparan yola təşəkkür etmədi, hətta o yolu unutdu. Bu, məni Kerriyə qarşı bir az mənfi düşünməyə vadar edir. Bilmirəm, bəlkə də yanlış düşünürəm, amma düşüncəm budur. Digər tərəfdən isə Kerri yüksələrkən, bir tərəfdən həyatı məhv olmağa doğru gedən digər bir həyat – məni ən çox kədərləndirən və düşündürən, dərs alınacaq hekayə məhz həmin həyat oldu. Bu həyat mənə olduqca təsir etdi. Ümumi olaraq isə kitabı bəyəndim. Klassik Amerika həyatının bütün üzlərini tam aydın şəkildə göstərən bir əsərdir.
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014760 okunma

Leyla

, bir kitap okudu
Puan vermedi·540 syf.··
24 günde okudu
·
2025 16. kitabı
Theodore Dreiser
8.3/10 · 760 okunma