Leyla

Leyla
@LeilaRustam
Puan vermedi·540 syf.··
2025 16. kitabı
·
24 günde okudu
·
Okunma: 07 Mart 2025 14:17
Kerri bacı kitabını olduqca həvəslə oxudum. Maraqlı və axıcı bir dili var idi. Lakin sona çatdıqda məni düşüncələrə qərq edən bir kitab oldu. İlk növbədə Kerriyə qarşı düzü müsbət münasibət bəsləyə bilmədim. Çünki Kerri bəlkə də arzularını reallaşdırdı, istədiyi həyatı yaşadı, amma geridə qoyub getdiyi heç bir şeyə dönüb baxmadı. Onu o arzulara aparan yola təşəkkür etmədi, hətta o yolu unutdu. Bu, məni Kerriyə qarşı bir az mənfi düşünməyə vadar edir. Bilmirəm, bəlkə də yanlış düşünürəm, amma düşüncəm budur. Digər tərəfdən isə Kerri yüksələrkən, bir tərəfdən həyatı məhv olmağa doğru gedən digər bir həyat – məni ən çox kədərləndirən və düşündürən, dərs alınacaq hekayə məhz həmin həyat oldu. Bu həyat mənə olduqca təsir etdi. Ümumi olaraq isə kitabı bəyəndim. Klassik Amerika həyatının bütün üzlərini tam aydın şəkildə göstərən bir əsərdir.
Kerri BacıTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014760 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·196 syf.··
2025 15. kitabı
·
19 günde okudu
·
Okunma: 20 Şubat 2025 17:49
Jack Londonun "Ağ Diş" romanı, vəhşi təbiətin sərt qanunlarını və insanla heyvan arasındakı mürəkkəb münasibətləri dərindən araşdıran güclü bir əsərdir. Kitab, yarı canavar, yarı it olan Ağ Dişin gözləri ilə dünyanı anlamağa çalışır və onun yaşadığı çevrəyə uyğunlaşmaq mübarizəsini təsvir edir. Romanın ən təsirli tərəfi, təbiətin amansızlığı və insanın qəddarlığı ilə mehribanlığı arasındakı incə sərhədi göstərməsidir. Bu, heyvan və insan psixologiyasının paralel şəkildə inkişafını göstərən dərin fəlsəfi bir mesajdır. Bu kitab təkcə heyvanlar haqqında deyil, həm də həyatın çətinliklərinə qarşı mübarizə aparan hər bir insan üçün ilhamverici bir hekayədir. Cek Londonun təsvir etdiyi dünya sərt, bəzən qəddar olsa da, içində həmişə ümid işığı var. Mənə hədiyyə edilən ən gözəl kitablardan biri oldu.
Ağ DişJack London · Qanun Nəşriyyatı · 202095,6bin okunma
Puan vermedi·69 syf.··
2025 9. kitabı
Stefan Zweigin bu kitabını almağıma səbəb əslində kitabın üz qabığının xoşuma gəlməsi idi. Kitabın üz qabığında sevdiyim rəssamlardan biri olan Vinsent Van Qoqun "Ulduzlu gecə" rəsm əsəri var idi. Kitabda da qeyri-adi bir gecənin bir insanın həyatına necə böyük bir təsir etməsindən danışılır. Əsərdə Zweigin qələmi özünü aydın şəkildə göstərir, xüsusilə də Zweigin at yarışları haqqında görüşləri mənim olduqca marağımı cəlb etdi. Əsərin baş qəhrəmanı isə monoton bir həyat tərzi keçirən bir burjuaziya nümayəndəsidir. Bu adam rahat, dərdsiz, komfortlu bir həyat keçirdiyi üçün artıq ətrafında olub bitən hər bir şeyə qarşı hissizləşir lakin, bir bazar günü getdiyi at yarışı və sonrasında baş verən hadisələr və həmin qeyri- adi gecə bu adamın həyatında dönüm nöqtəsi olur. Kitab maraqlı və bir neçə saata oxunub bitəcək bir kitabdır. 10/7 +Alıntı- "Acı çekmek için bile yetersizdim".
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023171,7bin okunma