Gönderi

Puan vermedi·80 syf.··
2025 19. kitabı
Franz Kafkanın Ceza Kolonisinde əsəri ədalət, itaət və insanın rejim qarşısındakı gücsüzlüyü ilə bağlı fəlsəfi suallar yaradır. Hekayədə cəza aparatının mövcudluğu, onun necə işləməsi və ona inananların taleyi vasitəsilə Kafka mexaniki bir sistemin insan həyatından üstün tutulmasını təsvir edir. Buradakı cəza mexanizmi bir rejimin simvoludur: o, heç bir dəlil və izaha ehtiyac duymadan insanları cəzalandırır. Zabit isə bu rejimin sarsılmaz dəstəkçisidir, çünki inanır ki, ədalət artıq sorğulanmamalıdır. Kafka burada insanın kor-koranə itaətinin necə fəlakətlə nəticələnə biləcəyini göstərir. Səyyah müşahidə edir, lakin müdaxilə etmir, bu isə cəmiyyətin çox vaxt zülmə necə laqeyd yanaşdığını simvolizə edir. Əsərin sonunda zabit rejimin çökdüyünü anlayanda, özünü həmin ölüm maşınına təhvil verir və bununla da itaətkarların öz nizamlarının qurbanına çevrilməsini göstərir. Burada əsas fəlsəfi sual yaranır: bir rejim məhv olduqda, ona xidmət edənlər də onunla birlikdə məhv olmalıdırmı? Kafka ədalətin obyektiv olub-olmadığını, cəzanın həqiqətən günahın qarşılığı olub-olmadığını sorğulayır. O, göstərir ki, bəzən cəza mexanizmləri artıq məntiqə söykənmir, sadəcə öz varlığını davam etdirmək üçün fəaliyyət göstərir. Bu əsər, həm də insanın qanun qarşısında nə qədər gücsüz olduğunu açıq şəkildə nümayiş etdirir.
Ceza KolonisindeFranz Kafka · Kızıl Panda · 202111bin okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.