Puan vermedi·200 syf.····Okunma: 21 Şubat 2025 12:56 Mark Mansonun “Ustalık Gerektiren Kafaya Takmama Sanatı” kitabı, pozitiv düşüncə mədəniyyətinə tərs bir yanaşma ilə diqqət çəkir. Manson, hər şeyə müsbət yanaşmağın real olmadığını və həyatın qaçınılmaz çətinlikləri ilə barışmağın daha sağlam bir yol olduğunu vurğulayır. Kitabın əsas fikri, hər şeyə əhəmiyyət vermək yerinə, yalnız həqiqətən vacib olan şeylərə fokuslanmaqdır.
Kitabın əsas ideyaları:
1. Hər şeyə əhəmiyyət verməmək lazm olduğu;
2. Ağrını və çətinlikləri qəbul etmənin önəmi;
3. Dəyərlərini düzgün seçmənin vacibliyi;
4. Qüsurlarını qəbul etmək bacarığı;
5. Ölümü xatırlamaq kimi önəmli və insani dəyərlərdən ibarətdir
Kitab təkcə “heç nəyi vecinə alma” kimi səthi bir fikir təqdim etmir. Əksinə, lazımsız şeyləri bir kənara qoyub, enerji və diqqəti həqiqətən dəyərli olan sahələrə yönəltməyi tövsiyə edir.