Puan vermedi·248 syf.····Okunma: 27 Şubat 2025 01:57 Kitabı ikinci dəfə oxuyurdum. Təkrar oxumağımın səbəbi də kitab klubu oldu. Kitabda orijinallığı qorumaq məqsədilə vulqar ifadələrə çox yer verilib. Bu, personajın daxili aləmini anlamağa kömək edir oxucuya. Nə qədər sevməsəm də, orijinallıq baxımından əhəmiyyətini anlayıram.
Ən sevdiyim məqamlar cümlələr oldu. Ölkədəki bir çox vəziyyəti o qədər yaxşı ifadə edib ki müəllif. Bu da bir çox qeydlər götürməyimə səbəb oldu kitabı oxuyanda. Həqiqətən də hər cümlənin dəyərli olma ehtimalı yüksək idi.
Ümumilikdə, bəyəndim deyə bilərəm kitabı. Ötürmək istədiyi mesajlar, ssenarinin reallığa yaxın olması hekayəni daha da maraqlı edir.