Gönderi

7/10
·254 syf.··
2025 11. kitabı
·
20 saatte okudu
·
Okunma: 26 Şubat 2025 16:44
Uzun müddətdi azərbaycanlı yazarlarının qələmə aldığı romanlardan oxumurdum. Həqiqətən də bir nəfəsə oxunulacaq romandır. Axıcılıq və maraq baxımından insanı oxumağa sövq edir. Daim bundan sonra nə baş verəcək düşüncəsində qalmamaq üçün kitabı əldən yerə qoya bilmir insan)) Romanımızın baş qəhrəmanı hava limanında yoxlamadan keçərkən ayaqqabısının içindən narkotik vasitəsi tapılır. Daha sonra bu narkotik vasitənin ona aid olmadığını sübut etməyə çalışırlar. Sonda isə gözlənilməz hadisələr baş verir. Romanın ən sevdiyim hissəsi hadisələrin Bakıda baş verməsi və dostluq münasibəti üzərindən davam etməsi oldu. Zehni işlə məşğul olub, istirahət etmək məqsədiylə kitab oxumaq istəyənlər rahatlıqla bu romana başlaya bilər. Xoş mütaliələr :D
Təsadüf?!Rasul Ali · 202125 okunma
·
34 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.