Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
8/10 puan verdi
Keçən il kanadalı rejissor Deni Vilnev tərəfindən ekranlaşdırılmış "Gəliş" (Arrival) filmini izləmişdim. Filmdən sonra həmişəki marağımla haqqında bir neçə incələmələr etmişdim. Araşdırma sayəsində öyrəndim ki, filmdə uydurulmuş, qeyri-adi, vizual dilin çatdırılması məsələsində rejissor Deni Vilnev çətinlik yaşamış və bu məsələni həll etmək üçün alimlər Stiven və Kristofer Volframa (ata, oğul) müraciət etmişdir. Kristofer qarşısında vəzifə qoyulmuşdu ki, uydurulmuş dili təhlil etsin və kodunu yazaraq, saxta elmi böyük ekranda göstərsin. 31 yanvar günü Kristofer LiveEdu.tv ilə translyasiya ilə dilin işləmə prosesini nümayiş etdirdi. (Videoyazı bu linkdə liveedu.tv…/LAAJL-the-code-behind-arrival-the…/) Bu hadisədən təsirlənən bir çox alim və filmin tamaşaçıları pərdə arxasında nələrin baş verməsi marağını boğa bilmədikləri üçün SlashFilm.com şirkəti Britaniyalı alim Stiven Volfram, aktyorlar Ceremi Renner və Emi Adamsın iştirakı ilə "Science vs Cinema: Arrival" sənədli filmini çəkməyi qərara aldı. Filmdə yazıçı Ted Çan da çəkilib (Film burada youtube.com/watch?v=xzEPU2P...). Beləliklə, Volfram çəkiliş meydançasına gəldikdə ciddi şəkildə yadplanetlilərlə əlaqə problemini təhlil etməyə başladı. O hesab etdi ki, riyaziyyat heç də universal dil rolu üçün uyğun deyil. Mücərrəd hesab etdiyimiz riyaziyyatın böyük hissəsi bizim tariximiz və dünyanı dərk etməyimizlə sıx bağlıdır. Çətin ki, yadplanetlilər bizim cədvəl və sxemlərimizi başa düşsünlər. Yadplanetlilərin dilində kodlar və şifrə açma diaqramları realmış kimi yaratmalıyıq. Beləliklə, nisbətən olsa da, filmdə nə baş verdiyini anlamış oldum. Daha sonra "Kitabsevərlər" qrupunda şair, tərcüməçi Səbuhi Şahmursoyun çin əsilli amerikalı fantast yazıçı Ted Çanın "Sənin həyat tarixçən" (1998) povestini ana dilimizdə tərcümə etməsi elanını gördükdə, bu əsəri artıq başqa millətlərin forumlarında, saytlarında deyil, məhz öz milli qrupumuzda müzakirə edəcəyimizin sevincini əvvəlcədən yaşadım (tərcüməçini ortaya gözəl bir iş qoyduğu üçün təbrik edirəm). Povestdə hadisələr iki süjet xətti üzərində inkişaf edir. Birində yadplanetlilərlə əlaqə yaratmaq üçün seçilmiş linqivist Luizanın fəaliyyəti, digərində vəfat etmiş qızının uşaqlığından çoxsaylı epizodları xatırlamaq. Başlanğıcda bu iki xətt oxucuya bir-birindən ayrı, müstəqil görünür, ancaq mətn boyu irəlilədikcə, xətlər arası bağlılığı daha çox hiss edirik. Finalda isə gözlənilməz şəkildə xətlər birləşir və başqa bucaq altında çevrilir. Elə Ted Çanın özünün də dediyi kimi, "Mən həmişə hekayənin sonunu onu yazmağa başlamazdan əvvəl bilirəm. Hekayənin hara gətirib çıxaracağını bilmədən yazmağı yoxladım və bu, həqiqətən heç bir yerə gətirib çıxarmadı" (2002-ci il, müsahibəsindən). "Sənin həyat tarixçən" povestinin ideyası linqivistikanın Sepir-Uorf fərziyyəsinə söykənir. Dilin tənzimləyici funksiyаsının insаnın həyаtındаkı rolu çox böyükdür; bu funksiyаnın rolunu dilin ünsiyyət və idrаk funksiyаlаrının rolu ilə müqayisə etmək olar. Lakin dilin tənzimləyici funksiyаsının insan həyаtındаkı rolunu dilin başqa funksiyaları hesаbınа yаxud insаnın idrаk fəаliyyətinin əhəmiyyətini аzаltmаq hesаbınа şişirtmək olmаz. Belə solа getmə xаrici dilçilikdə neohumboldtçuluq cərəyаnının və Səpir-Uorf fərziyyəsinin meydаnа gəlməsinə səbəb olmuşdur. Neohumboldtçulаr iddiа edirlər ki, insаnlаr mаddi аləmi yаlnız dil vаsitəsilə qаvrаyırlаr. Onlаr gerçəkliyin dərk edilməsində, qаvrаnılmаsındа şüurun rolunu düzgün bаşа düşmürlər. Səpir-Uorf fərziyyəsinə görə isə insаnlаrın dünyаgöruşü, dünyаyа bаxışı dil vаsitəsilə formаlаşır; gerçəkliyin eyni bir hаdisəsi müxtəlif dillərin nümаyəndələri tərəfindən müxtəlif şəkildə dərk edilir; müxtəlif dillərin nümаyəndələri dünyаnı müxtəlif şəkildə görür. Ted Çanın "Sənin həyat tarixçən" povestində məhz bu fakt qabardılıb, vaxt məfhumuna malik olmayan (səbəb və nəticə əlaqələrini təsvir etməyən) dildə eyni aydınlıqla həm keçmişi, həm də gələcəyi düşünmək mümkündür. Amma bu situasiyanı vaxt məfhumuna malik olan təbii dillərin köməyi ilə praktik olaraq təsvir etmək mümkün deyil. Nəticədə böyük, dolaşıq fikirlər yaranır. Povestdən bu hissə dediyim fikri daha yaxşı izah edir: "Heptapod B"dən başım çıxmasına baxmayaraq yaxşı məlumumdur ki, bu reallığı onun əsl daşıyıcıları kimi dərk edə bilmərəm. Şüurum düzxətli dillərin formasına uyğunlaşıb və yadplanetli dil təsiri necə miqyaslı olur-olsun, onun formasını tamamilə dəyişə bilməz. Dünyagörüşüm insanla heptapod arasındakı keçiddədir. "Heptapod B"də düşünməyi öyrənənə qədər xatirələrin kiçik parıltıyla közərərək yaranan siqaret külü kimi böyüyür, indiki zamanın axan nöqtəsində qərar tutan şüurum canlanırdı. "Heptapod B"ni öyrənəndən sonra isə yeni xatirələrim hər biri bir il uzunluğundan olan nəhəng qutulara çevrilirdi, amma bunlar pərakəndə şəkildə pərakəndə yerlərə düşürdülər, yeni xatirələrim qarşıdakı əlli ili əhatə etməyə başlayırdı. Hazırki dövrün məxsusiliyi ondan ibarətdir ki, artıq "Heptapod B"ni onda sərbəst düşünəcək qədər yaxşı bilirdim, o Zınqırov və Cırcırama ilə söhbətimdən başlayıb, ölümümə qədər davam edirdi" [səh. 91-92]. Göründüyü kimi təsvirdə təsəvvür nə qədər parlaq olsa da, qəhrəmanın düşüncə xüsusiyyətini hiss etmək üçün lazım olan görüntü kifayət etmir. Bu təəccüblü deyil, axı biz elə dildə böyüdülmüşük ki, o dildə keçmiş, indiki zaman və gələcək zamanın qrammatika və leksikası müqayisə edilir. Yazıçı Ted Çan məni nəinki süjet ideyası ilə, eləcə də dərin psixoloji bilikləri ilə də təəccübləndirdi. Povestdə Heri ananın vəfat etmiş qızı haqqında "tez-tez incəliklərinə qədər təkrarlanan yuxu görməsi" [səh. 81], yuxuda təsvir edilən yıxılma və sonrakı yuxularda dairəvi pilləkənlə yuxarı qalxmaq istəyini [səh. 82] oxuyuruq. Avstriya psixoloqu Alfred Adlerin yuxu izahlarına görə bu əlamətləri natamamlıq hissi və bu hissdən qurtulmanın (yüksəlmək istəyi)nəticəsi kimi görməliyik. Müəllifin individual psixologiyanı da gözəl bilməsi oxucunun nəzərdən qaçmır. Bütövlükdə yazıçı öz istəyinə nail ola bilib. Qurduğu hansısa fəlsəfi mətnaltı "Özün düşün" göndərməsi ilə qeyri-adi və dinamik povestində "bunu yalnız sonuna kimi oxuduqda başa düşəcəksən" ,demək istəyib. Beləliklə, hazırda olduğu şüur səviyyəsindən bir az fantastika, bir az elm, bir az da gerçəkliklə birlikdə yuxarı qalxmağa istəkli olanlar Ted Çanın "Sənin həyat tarixçən" əsərini oxusunlar.
Geliş
GelişTed Chiang · Monokl Yayınları · 2017285 okunma
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.