7/10
·256 syf.··
15 günde okudu
·
Okunma: 24 Şubat 2025 20:13
Distopik janrın məhsulu olan bu kitab texnoloji manipulyasiyaya əsaslanaraq insanların həyatlarında xoşbəxtlik və rahatlıq sendromunu ən üst səviyyədə inkişaf etdirir. İnsanlar normal həyatdan fərqli olaraq inqubatoriyada doğulur və cəmiyyətin kastalarına bölünür. Hansı ki, bu kastalarda fərqli-fərqli stereotiplər formalaşdırılır. İnsanlarda təbiətə sevgi əvəzinə nifrət hissi tərbiyə olunur. Onlar həyatın çətinliklərindən uzaq Yeni Cəsur Dünya adlı yerdə sivilizasiya şəklindən məskunlaşmışlar. Kitabın elmi-fantastik janrdan bəhrələnməyi də bu hadisələrin təfərrüatı ilə uyğunluq təşkil edir. İnsanlar daima onları əhatə edən mühitin əzab və əziyyətinə dözmək əvəzinə bu fantastik dünyada özləri üçün hər cür rahat şəraitə uyğunlaşaraq özlərini günümüzün tələblərindən təcrid edilər. Eynilik və onun gətirdiyi cansıxıcılıq artıq onlardan birinin həyat şərtləri ilə səsləşən dünya ilə əlaqə qurmasına nail olur. Bernard bu baxımdan ən sevdiyim obraz oldu. Daima özündə bir fərqlilik görməyi ilə bu fikrin mənbəyini tətbiq edərək Yeni Cəsur Dünyadakı insanlardan uzaqlaşmağa və onları özlüyündə təqib etməyə başladı. Kitabdakı dini fikirlərin müsəlmanların dini inancları ilə səsləşməsi, Allah və onun qaydaları haqqındakı məlumatların maraqlılığı isə məni təəccübləndirən əsas məqamlardan idi. Günah və onun gətirdiyi vicdan hissi ilə mübarizə aparan Con həmin dünyanın mənfi dayaqlarını daima yıxmağa çalışdı. Özlüyündə bunu bacara bilməsə də, çıxış yolu üçün intiharı seçməsi onun dinə və Allaha bağlılığını göstərən əsas məqamlardan idi. Bunu da qeyd etmək istərdim ki, Oldos Haksli Corc Oruelin müəllimi olmuşdur. Hər ikisinin distopik janrda yazdığı əsərlərin daxili quruluşu fərqlənsə də əzab-əziyyətin və texnoloji manipulyasının qurbanına çevrilən insanlar günümüz üçün dərin mənalı düşüncələr aşılayır.
Yeni Cəsur DünyaAldous Huxley · Qanun Nəşriyyatı · 201873,2bin okunma
·
72 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.