·208 syf.····Okunma: 04 Mart 2025 18:33 Başı bəlalı xalqım mənim…Nələr görüb daim ümidlə baxan gözlərin, nələr çəkib həmişə dik tutduğun başın, neçə dəfə yanıb, neçə dəfə odlanıb yarası qaysaq bağlamayan qəlbin?..
Sətirləri oxuyarkən göz yaşları axıtdıqca bu hadisələri canlı- qanlı yaşamış insanların olduğunu bilmək necə ağrılıdı. Üstəlik indi də bir yerlərdə , başqa bir diyarda bu cür oxşar talelərin olduğunu anlamaq isə dəhşətdi.
Bədii nəsrimizin ən qüdrətli qələm sahiblərindən İsmayıl Şıxlının ölümündən az əvvəl yazdığı bu əsər keçən əsrin ilk rübünün və ondan sonrakı tarixi hadisələrin , müəllif təxəyyülündən çıxma zəngin obrazların sarsıdıcı hekayələri ilə birləşdiyi mükəmməl bir romandır. Xüsusilə, Güllü xanım və Ömər koxa obrazları məndə dərin bir iz buraxdı deyə bilərəm. Xalq Cümhuriyyətinin yaranması və süqutu, Gəncə üsyanı , qolçomaqların bir sinif olaraq ləğv edilməsi prosesi , qaçaqların fəaliyyəti kimi tarixi prosesləri ustalıqla əks etdirən yazıçı, təəssüf ki, çox istəsə də “ Ölən dünyam”ı kitab şəklində görə bilmir, bu dünyadan köçüb gedir. Ancaq onun son sənət örnəyi “ ölən dünyaları” daim oxucuların qəlbində yaşatmağa qadirdir.