·203 syf.····Okunma: 06 Mart 2025 20:30 Ailə gələcəyin təməlidir. Bunu bu kitabda daha aydın şəkildə bir daha gördüm. Aylinin bədbəxtliyi də məhz ailəsində başlayıb.
Ailə içi şiddətin, düzgün əlaqələrin qurulmamasının Aylinin gələcək həyatına təsirindən yan keçə bilmərik. Ailə həqiqətən də hər şeydir, ən önəmlisi arxadır, dayaqdır. Aylin şiddətə məruz qaldığı zaman, təəssüflər olsun ki, onu dəstəkləyəcək bir ailəsi yoxuydu. Onun yanlış adamlarla birlikdə olmasının səbəbi də ailəsidir. Əgər ailəsi onu sevgi ilə böyütsəydilər, onu həqiqətən sevsəydilər Aylin bu qədər sevgiyə ac olmazdı və hər kiçik nəvazişə aldanmazdı.
Əfsuslar olsun ki, bu cür hallara real həyatda tez- tez rastlaşırıq.
Kitab maraqlıdır, oxumağa dəyər.