Gönderi

Bismilləhir Rahmənir Rahim
Puan vermedi·424 syf.··
2025 2. kitabı
·
11 günde okudu
·
Okunma: 08 Mart 2025 10:20
... həqiqətən heyrətamiz bir kitabdır... Bu kitabı ikinci dəfədir oxuyuram və buna rəğmən ikinci oxunuşda kitab mənə daha fərqli və daha dəyərli gəldi. Bu şedevr əsərdə bir çox məqamlara toxunulub, əsl sevginin gücü, dərin fəlsəfi düşüncələr, tarixi faktlar və s. Ilk dəfə kitabı 5-6 il əvvəl oxumuşdum və bir çox şeyləri dərk eləmirdim ona görə də bu möhtəşəm əsərin qiymətini o zaman bilmirdim. Yadımdadı o vaxt kitabı oxuyanda göz yaşları axıtmamışdım. Və ikinci dəfə oxuyanda düşünürdüm ki artıq süjet xəttinin nədən ibarət olduğunu bilirəm, yəqin ki o qədər də təsir eləməz kitab mənə. Amma yanılmışam yaş artdıqca həyatdakı bir çox şeyləri daha yaxşı anlayır insan və ona görə də ikinci oxunuşda fərqli hisslər keçirdim. Mənə ən çox təsir edən iki hissə oldu. **Verdiyim səhifələrə kitabı oxumamış keçid etməyinizi tövsiyə etmirəm. Çünki kitabı ardıcıl oxuduqda sonda güclü təsir buraxır bu iki məqam. Biri 297 ci səhifədə baş verən hadisə idi. Inanmırdım ki kitabı ikinci dəfə oxuyanda ağlayım amma özüm belə gözləmədən qəlbimdə güclü bir hisslərim baş qaldırdığını gördüm və həmin hisslər göz yaşları ilə əvəz olundu. Bu hissə haqqında çox fikir bildirmək istəyərəm amma spoiler vermək istəmirəm.) Ikinci hissə isə 395 ci səhifədə olan məqamdır. Insanların niyə çox vaxt özlərini boşluqda hiss eləmələrinin açarı məhz bu hissədədir. Bir neçə cümlədən istifadə olunub amma həyatları dəyişəcək nöqtəyə toxunulub deyərdim. ~Gərək ki həyatımızın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayaq. Əgər həyatınıza qara zolaqlar hökm kəsilibsə demək ki artıq ağ zolaqların gəlmə vaxtıdır.~
Rövşə Abdullaoğlu
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,806 okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.