Gönderi

Sən mənim ən əziz sirrim, istəyim, Sən mənim ən acı həqiqətimsən. İtmiş gəncliyimdən soraq gətirən Sən mənim sonuncu məhəbbətimsən. Yaş o yaş deyil ki, yolunu kəsim, Yaş o yaş deyil ki, açım qəlbimi. Təzədən başlayım, danışım, küsüm On yeddi yaşında cavanlar kimi. Yaş o yaş deyil ki, səni izləyim, Özümü odlara toxuyum yenə. Durub saatlarla vədə gözləyim, Görənlər, bilənlər nə deyər mənə. Səni hər görəndə çaşıram düzü, Hamı mənə baxıb gülür elə bil. Dilimi dişləyib demirəm sözü, Yaş o yaş deyil ki, heyif ki, deyil. Fikrət QocaFikrət Qoca
·
130 Gösterim
1 Yorum
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.