8/10
·144 syf.··
2025 15. kitabı
·
31 saatte okudu
·
Okunma: 11 Mart 2025 14:31
Dolu-dolu, ağır, düşündürən, bəzən qəzəbləndirən, azca özümü tapdığım, çox vaxt da "Nə oxuyuram?" deyə düşünməyə vadar edən o kitab... Qısa əsər olsa da sanki min səhifəlik əsər oxumağın ağırlığı var üstümdə. Baş qəhrəmanımızın uşaqlığından 27 yaşına qədər dönəmi təsvir edir. Daim böhran içərisindədir və həyatını sorğulayıb, məna axtarmağa çalışır. İnsanları sorğulasa da çox vaxt insanlar üzərindən öz insanlığını sorğulayır. İmkanlı ailənin övladı olmasına, rəsm bacarığının olmasına baxmayaraq daim həyatına neqativ hadisələr çəkir. Təbii ki öz seçimləri sayəsində. Bir çox kitabda həyatını sorğulayan obrazlarla qarşılaşmışam amma özünü bu qədər düşünən və ətrafındakı insanları öz istədiyi kimi manipulyasiya edib istifadə edən obrazı ilk dəfə idi görürdüm. Bəlkə də buna görə daha çox əsəbləşmişəm oxuyarkən. Baş qəhrəmanımızın həyata biganə qalması, sorğulaması ilə razılaşmaq olar amma həyatına aldığı insanlara biganə yanaşması insanı dəli edir. Həyat yoldaşının təcavüzünə göz yumub, reaksiya verməyən, gördüyü hər qadının həyatına daxil olub istifadə edib(həm maddi həm mənəvi) sonra da heç nə olmamış kimi qadınlar haqqında onlardan qorxduğunu və onlara zərər verməkdən çəkindiyini qeyd edir. Kitabı oxuyarkən bəzi hissələrdə Alber Kamunun "Yad" əsərindəki obrazı xatırladım. Hər iki obraz cəmiyyətin gözləntilərinə uyğunlaşmaqda çətinlik çəkən, daxili boşluq hissi ilə yaşayan, həyatı fərqli dəyərlərlə dərk edən insanlardır. Tək fərq biri yaşamı seçərkən öldü, digəri isə ölmək istəyərkən yarım qaldı. Kitab depresiv kitabdır. Və yazarın (Osamu Dazai) həyatına baxdıqda kitabın baş qəhrəmanın həyatı ilə çox oxşarlıq olduğunu görə bilirik. Osamu Dazai də həyatında dəfələrlə intihara cəhd edib. Sonuncu intiharı ilə də dünyasını dəyişib. Psixolojik olaraq yaxşı deyilsinizsə oxumayın. Oxumaq istəyənlərə xoş mütaliələr :D
Hayat ve İnsan
Yarımçıq İnsanın EtiraflarıOsamu Dazai · QANUN NƏŞRİYYATI · 060,3bin okunma
·
50 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.