Gönderi

9/10
·199 syf.··
2025 7. kitabı
·
15 günde okudu
·
Okunma: 16 Mart 2025 13:30
Aleksandr Dümanın "Qafqaz Səfəri" əsəri, müəllifin macəra ruhunu və müşahidə bacarığını əks etdirən maraqlı yol qeydlərindən ibarətdir. Dümanın Qafqazın təbiətini, insanlarını və mədəniyyətini təsvir etməsi oxucunu həmin dövrün ab-havasına aparır. Onun hər detalı canlı və emosional təsvir etməsi, əsəri quru səyahət gündəliyindən fərqləndirir. Lakin bəzi məqamlarda Qərb baxışının təsiri hiss olunur ki, bu da əsəri daha çox kənar müşahidəçi gözüylə yazılmış qeydlərə çevirir. Buna baxmayaraq, "Qafqaz Səfəri" həm tarixi, həm də ədəbi baxımdan dəyərli bir əsərdir və regionun keçmişinə işıq salır. Sonda Aleksandr Dümanın fikirlərindən yola çıxaraq Şərq də olsa, Qərb də olsa, Qafqaz da olsa belə deyə bilərik: Ürək elə bütün dünyada ürəkdir...
Qafqaz SəfəriAlexandre Dumas · Qanun Nəşriyyatı · 2014167 okunma
·
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.