Puan vermedi·348 syf.····Okunma: 19 Mart 2025 15:31 Mentalitet şoku yaşadım, ya da başqa bir şey idi bu . İnanmıram indi hansısa millətin düşüncəsi atanın öz qızı və qızının məşuqu üçün rahat olsunlar deyə ev alması qədər rahat olsun , hələ bir qızının ərinə deyir ki ,sevgi versən başqasını istəməzdi qızım , qızım ha qızım ,qız da barı adam yerinə qoya . Dəhşət idi mükəmməl altı xətlənəsi cümlələri var idi . Yəni kitab deyir ki , vaxtında hörməti pulla alsan, pulun olmayanda it kimi tək tənha gəbərəcəksən, çox sevdiyim bir cümlə də o oldu ki , deyir mən özüm şərait yaratdım ki məni tapdalasınlar. İnsan gərək övlad da olsa özünə birinci dəyər verə . Öz dəyərini sərhədlərini bilməyən övladına hər istədiyini anında verən yoxu başa salmayan adamın axırı bu qədər dəhşətli olmasa da buna yaxın olmalı idi , unutmamaq üçün qeyd obrazların adlarını yazıram
Qorio ata _vermişel fabrikantıdır iki qızı var ,sonda tək tənha iki yad tələbənin ümidinə qalır ,ölür və çox sevdiyi qızları onu tək ölümə məhkum edir
Rastinyak_ tələbədir ,Madam Nusingenlə (Qorionun qızı ilə qeyri rəsmi münasibətdədir ) Adını da saf sevgi qoyub , atasını sevməyən səni necə sevsin axmaq , subay saf bir qızın məhəbbətini qoyub evli qadının ehtirasına deyir ki əsl sevgi budur ) Qorionu basdırandan sonra yüksək zümrənin iç üzünü bilərək uzaqlaşmaq əvəzinə yenə də onlara qoşulmaq üçün səhər yeməyinə gedir
Delfina_ (Madam Nusingen) Qorionun qızıdır . Evlidir , əvvəl Marverlə sevgili olur ,sonra o evlənir deyə ondan ayrılıb Rastinyakla sevgili olur
Madam Resto _ Qorionun digər qızı evlidir Trayla sevgilidir. O da müflis olur qumarbaz idi . Traydan uşağı da var . Əri isə bunu bilib onu özündən asılı demək olar həbs edir evə .
Vokren_ Qatorqadan qaçıb hamı onu axtarır , Rastinyaka deyir ki Madmazel Viktorina ilə evlən , qız varlansın və atasının tək varisi olsun deyə hətta qızın qardaşını da öldürür . Sonda onu Mişano ifşa edir. Onun fikrincə zəngin olmaq üçün mütləq vicdansız olmalısan
Madam Voke _ Pansion sahibi və.s insanlar