Gönderi

Yaşamaq?
9/10
·210 syf.··
Beğendi
·
2025 18. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Mart 2025 10:43
Yaşamaq sadəcə nəfəs almaqdır, yoxsa həyatla mübarizə aparmaq? İnsanın maddi olaraq sahib olduqlarını bir anda itirməsi, daha sonra əslində yaşamadığını və mübarizə apararkən yaşamağın nə olduğunu anlayıb ona görə həyatına davam etməsi təqdir olunmalıdır. Heç nəyin olmasa belə yaşamaq üçün səbəb tapırsansa, hər cürə həyatla mübarizədə qalib gələ bilirsən. Yu Hua-nın "Yaşamaq" (To Live) romanı tarixin ən təsirli və unudulmaz əsərlərindən biridir. Kitab sadəcə bir insan taleyinin hekayəsi deyil, eyni zamanda tarixi bir dönəmin içində böyük sosial dəyişikliklərin insan üzərində yaratdığı təsiri açıq şəkildə göstərir. Roman varlı bir ailənin oğlu olan Fuquinin hekayəsindən bəhs edir. O, gəncliyində məsuliyyətsiz və ərköyün biri olaraq bütün sərvətini qumarda itirir. Bundan sonra, yeni şəraitdə ayaqda qalmaq üçün mübarizə aparmaq məcburiyyətində qalır. Məcburiyyətdə nə məcburiyyət. Tarix boyunca çox böyük faciələrin şahidi olur: Çin Vətəndaş Müaribəsi, Mədəni İnqilab, aclıq və sosial xaos. İşin maraqlı tərəfi hər dəfəsində də öz şansı gətirir və həyatla mübarizəsini tamamlaya bilir. Sonda Fuqui çox itkilərlə üzləşmiş olsa da, hələ də "yaşamaqda" olan bir insana çevrilir. Təbii ki yaşamaq sayılırsa. İnsan hər şeyini itirsə belə, həyat davam edir. "Yaşamaq" romanı, insanın həyat qarşısında acizliyini, amma eyni zamanda onun mübarizə aparma gücünü göstərir. Sadə dillə yazıldığından bir anda oxuyub bitirmək istəyir insan. Əlavə olaraq kitabın filmi də varmış. Kitabı oxusanız, ardından izləyə bilərsiniz. Xoş mütaliələr :)
YaşamakYu Hua · Jaguar Kitap · 202670,1bin okunma
·
78 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.