Cəlil Məmmədquluzadə "Ölülər" əsərində əsas məqsəd cəhalət içində itib batmış xalqı oyatmaq idi. Hansı ki dövrümüzdə də aktuallığını qoruyub saxlayır. Əsərdə İslam dinindən istifadə edərək öz pis əməllərini həyata keçirmək istəyən Şeyx Nəsrullah, bir neçə cahil xalq adamları və kefli İskəndər var. Nəsrullahın əsli sübutu olmayan yalan sözlərlə xalqı necə asanlıqla ələ aldığının, öz oyunlarını oynadığının şahidi oluruq. Buna qarşı çıxan tək obraz isə kefli İskəndər idi, hansı ki hər kəs onu içdiyinə görə tənə edirdi. Qız uşaqlarının 9 yaşdan sonra evləndirilməsi də özünü göstərir. Hətta Hacılardan birinin iki oğlu 8 və 9 yaşında nişanlı olduqları da vurğulanıb. Nə dərəcədə düzgündür?
İskəndər hər nə qədər qaranlıqlar içərisində yanan kiçik şam işığı olsa da, onun gücü ətrafı aydınlatmağa yetmirdi. Bəs burada əsl "ölülər" kim idi? Torpaq altında yatan mərhumlar, yoxsa torpaq üstündə gəzən cahil insanlar?
Təkrar oxumuş olsam da, yenə çox diqqətimi çəkən məqamlar oldu. Hər kəsə oxumağı tövsiyə edirəm.