·69 syf.··Beğendi
···Okunma: 26 Mart 2025 00:26 Bu kitab insanın özünü tanıma anının nə qədər sarsıdıcı ola biləcəyini göstərir. Həyatı boyunca heç bir həyəcan və duyğu hiss etmədən yaşayan bir adamın təsadüfi bir hadisə ilə içində gizli qalmış hissləri kəşf etməsi – Zweig bunu elə ustalıqla təsvir edir ki, oxuduqca onunla birlikdə o gecəni yaşayırsan. Əvvəlcə hər şey kiçik və əhəmiyyətsiz görünür, amma sonra anlayırsan ki, insan bəzən tək bir gecədə bütün həyatını dəyişdirə bilər.
Kitabın ən təsirli tərəfi isə budur:
Həqiqi həyat, bizi rahatlıq zonamızdan çıxardığımız an başlayır. Baş qəhrəman öyrənir ki, duyğusuz yaşamaq, əslində yaşamaq deyil. O gecə onun üçün sadəcə təsadüfi bir macəra deyil, yenidən doğulmaq kimidir. Bəs biz? Həyatın bizə göstərdiyi kiçik siqnalları görməyə hazırıqmı?