Əsəri tam şəkildə əhatə etmir (Spoilər var)
Dr. Rieux əvvəlcə insanları xilas edə bilmədiyini anlayır və yalnız xəstəlikləri müəyyən edib tədbirlər görməyin onun vəzifəsi olduğunu qəbul edir. Get-gedə onun gördüyü iş bir xilasa yox, sadəcə xəstələrin təcridinə yönəlir.İnsanlar ona kin bəsləsə də, onun da bir qəlbi var , amma bu qəlb artıq yalnız ölüm görmək üçün işləyir.
Rieux və onunla birlikdə çalışanlar zamanla bezginliyə qapılır, artıq ehtiyat tədbirlərinə tam riayət etmirlər.Bu isə onları vebaya daha çox məruz qoyur. Şəhərdə isə bir nəfər – Cottard – ətrafında baş verənlərə görə narahat olmur. O vebanın yaratdığı xaosun içində özünü güvəndə hiss edir, çünki indi hər kəs onun kimi qeyri-müəyyən bir vəziyyətin içindədir.
Daha sonra Tarrou və Cottard şəhər operasına gedirlər. Təsadüfən şəhərdə qalmış bir teatrda Orphee tamaşası oynanılır. İnsanlar bu tamaşaya böyük maraq göstərsələr də, ikinci perdədə baş rolu oynayan aktyorun titrəməsi və üçüncü perdədə səhnəyə yıxılması ilə hər şey dəyişir.Tamaşaçılar əvvəlcə sakitcə çıxmağa çalışır, sonra isə panikaya düşüb izdiham yaradırlar. Səhnədə aktyorun çöküşü və salondakı xaos vebanın şəhərə necə nüfuz etdiyini, hətta sənətin belə bu fəlakətdən qaça bilmədiyini göstərir.