Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli müstəqillik, demokratik idarəçilik və hüquqi dövlət qurmaq uğrunda mübarizə aparırdılar. Onlar azad, hüquq və vətəndaş bərabərliyinə əsaslanan, beynəlxalq aləmdə tanınan bir respublika yaratmağa çalışırdılar.