10/10
·160 syf.··
Beğendi
·
2025 10. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Mart 2025 11:37
Bu əsərdə insanın vicdanı, günahkarlıq hissi və ikiüzlülüyü barədə fəlsəfi bir monoloqdur. Əsərin əsas qəhrəmanı Klams bir vaxtlar uğurlu və hörmətli bir vəkil olub, lakin sonradan keçmiş həyatının riyakarlıqla dolu olduğunu anlayaraq daxili böhran yaşayır. Əsərdə Camus insanın öz əxlaqı və seçimləri ilə necə üzləşdiyini göstərir. Klams özünü yaxşı insan hesab edirdi, ancaq bir gecə bir qadının çaya atıldığını görüb ona kömək etmədikdə vicdan əzabı çəkir. Bu hadisə onun əslində göründüyü qədər fədakar və mərhəmətli olmadığını dərk etməsinə səbəb olur. O, insanın maskalar taxaraq özünü aldatdığını, cəmiyyətin isə saxta dəyərlərlə yaşadığını iddia edir. Camus bu əsərdə ekzistensializm və absurda yanaşmalarını davam etdirir. O, göstərir ki, insanın ən böyük çöküşü başqalarını deyil, özünü aldatmasıdır. Klamsın monoloqu insanın daxili səmimiyyətsizliyini açıb göstərən güzgü kimidir. Camus, insanın xilas yolunun özünü tanımaqdan və həyatın absurd reallığını qəbul etməkdən keçdiyini vurğulayır.
ÇöküşAlbert Camus · Qanun Nəşriyyatı · 201919,2bin okunma
·
34 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.