Bəliii, Azərbaycan ədəbiyyatının incilərindən biri olan Cəlil Məmmədquluzadənin o məşhur əsəri...
Bu əsər haqqında o qədər çox şey danışmaq olar ki...Cəlil Məmmədquluzadə bu əsərində problem olan o qədər məsələyə toxunub ki, oxuduqca (131 il keçməsinə baxmayaraq) hələ də heç bir şeyin dəyişmədiyini , və bir 100 il keçsə belə dəyişməyəcəyini anladım. Çünki zehniyyət dəyişmədikcə inkişafdan söz gedə bilməz.
Əsərin sujet xəttinə birbaşa təsir göstərən obrazlar: Kətda Xudayar, Qasıməli , Məhəmmədhəsən əmi, Zeynəb, Şərəf, İzzət, Vəliqulu, "Qazı" (Molla)
Fikrimcə, əsərin Ən Güclü Obrazı Zeynəbdir. Ən safı, xeyirxahı isə Məhəmmədhəsən əmidir. Zeynəbin çəkdiyi əzab əziyyət qarşısında dirayətinə, gücünə heyran oldum . Əsl Azərbaycan qadını... Həyat yoldaşı öldükdən sonra ona sadiq qalan, övladları üçün hər şeyi edən , amma nankor bir övladı olan , son ana kimi mübarizə aparan, ən sonda isə öz sözləri ilə desək, zəhər içməyi belə gözə alan güclü bir obraz, olduqca ağıllı bir qadındır. Əsərdə digər bir qadın obrazı isə Şərəfdir. O isə Zeynəbin tam əksi bir obrazdır. Şərəf qorxaq, savadsız, zəif olmağa məcbur olmuş bir qadındır. Şərəf kimi qadınlar hələ də var. Boşanmağa qorxan, əzab çəkmək məcburiyyətində qalanlar... Çünki onun arxasında nə dağ kimi dayana biləcək atası, qardaşı, nə dizində ağlaya biləcəyi anası , nə də öz ayaqları üzərində durmasına kömək edəcək işi, təhsili yoxdur. Düzdü Zeynəbin də atası, anası qardaşı yox idi , hətta övladı belə naxələf idi, amma Zeynəbdə Şərəfdə olmayan cəsarət var idi , onların ən böyük fərqi də bu idi.
Əsərdə Məmmədquluzadə qadına haqları , qadın problemlərinə olduqca xüsusi yer ayırıb. Qadının söz sahibi olmaması , qadının fikirlərinə hörmətlə yanaşılmaması, qadına şiddət başlıca problemlərdən bir neçəsi idi.
Digər məsələlərə gələk. Məsələn, din pərdəsi altında əslində dinə zidd olan hərəkətlərin sanki dinən bu haqq imiş kimi göstərən, özünü ən dindar , ən müsəlman sayanlar,öz istəklərini din qaydası edənlər, "mollalar"... Vəzifələrindən sui-istifadə edən məmurlar, işbilməzlər və.s
Xudayar isə əsərin ən alçaq obrazıdır. Öz həyat yoldaşına min əzab verən, sırf var-dövlət üçün isə başqasının həyatını məhv edən, öz işi alınsın deyə insanların xəyallarını məhv edən, sadəcə öz həyatını düşünən , işbilməz, pul düşkünü ,heç kimin fikrini önəmsəməyən, vicdansız, əxlaqsız, yalançı, saxtakar... o qədər söz söyləmək olar ki onun haqqında. Amma Xudayar kimi insanlar da hələ də var , çox təəssüf ki. ( Oksigen israfı 1 :) )
Vəliqulu naxələf , nankor, şərəfsiz bir obraz idi. Sırf öz sevdiyi ilə bir yerdə olsun deyə, anasını satmağa razı oldu, razı olmaqla da qalmadı, anasının düşməninə yardım elədi. Anasına əl qaldırdı. ( Oksigen israfı 2 :) )
Qeyd: əsərdə 2-3 obrazdan başqa qalan hamı Oksigen israfıdı :))
Məhəmmədhəsən əmi isə saf , yardəmsevər, "Yox " deməyi bacarmayan , dininə bağlı, övladını , yoldaşını çox sevən bir obrazdır. Əslində əsər birbaşa onun üzərindən şəkillənirdi . Çünki bütün məsələ onun "eşşəyinin oğurlanması " ilə bağlı idi. ( spoiler: sonda "eşşəyinə " qovuşur.) Əslində o, eşşəyini Kərbəlanı ziyarət etmək üçün almışdı. Lakin getmək nəsib olmadı . Elə bu zaman hər kəsin etməyə qorxuduğu şeyi etdi, ən yaxşı hissəsi elə bu idi. Tanrı və özünü sorğulamaq. Əslinə dövrümüzün əsas problemlərindən biri də sorğulamağı bacarmamaqıdır.
İzzət Məhəmmədhəsənnin həyat yoldaşı, ailəsi üçün hər şeyi edən , ağıllı bir qadın idi. Onun və övaldının taleyi isə ən kədərləndirən hadisə oldu . Daha çox danışmaq olar, amma bu qədər kifayətdir, geri qalanlarını isə oxuduqca görərsiniz.
Qısaca əsər oxunmağa dəyər əsərdir. Oxuyun, oxutdurun!!!