Agatha Christie böyük bir əsər yazıb. Beş balaca donuz , Bəs mən bu kitabı nə üçün belə sevdim?
Bu əsər, belə başlayır. (Spoiler içərir, kitabı oxumadan əvvəl baxmayın!)
Bir qadın Puaronun yanına gəlir, ondan 16 il əvvəl olmuş bir cinayətin üstünü açmasını istəyir. Bəs bu qadın nə üçün bunu istəyir? O, indi 20 yaşında idi. Və cinayət olan zaman onun 4 yaşı vardı. O, nəyi xatırlayırdı? 21 yaşında olanda evlənəcəkdi, və o evlənəcəyi kişinin ona pis baxmasını istəmirdi. İndi deyəcəksiniz, necə yəni pis? Əslində 16 il əvvəl işlənmiş o cinayətin onun anası ilə bir bağlantısı vardı. Daha doğrusu, bu cinayəti onun anasının törədildiyi iddia edilib. Onun anası həyatının qalan ilini artıq bir həbsxanada keçirəcəkdi. Amma o qız bunu haradan bilərdi? 4 yaşı vardı və başqa bir qadın ona baxmalı idi. Bu qadının adı, Karla Lemarşan, daha doğrusu Karolina Krale olmuşdur. O Puarodan belə bir şeyi istəmişdi, çünki o bilirdi ki, anası qatil deyil. Anası ölmədən əvvəl ona bir məktub yazmışdı. Və bu onun qatil olmadığının sübutu idi. Hər halda Karla Lemarşana görə.
Bu kitabın dəvamı qaranlıq keçir, çətin məqamlara toxunur. O deyilsə, kim idi? 5 nəfər ola bilərdi, onun xalası-balaca bir qız(Anjela Uorren), xalasının baxıcısı, gənc bir qız, Filip Bleyk və Meredit Bleyk. Bunlardan kim qatil ola bilərdi? Sonda, daha doğrusu sona yaxın, qatilin adı çəkilir. Lakin, bu əsil qatil olmur. Həmin adamın qatil olmadığı sonladan Puaro tərəfindən açıqlanır. Onun qatil ola bilməsi haqqında çoxlu dəlil vardı. Lakin əsil qatil sonda, hissiz bir insan olaraq, hərkəsin qarşısında özünü açığa çıxartmağa belə çalışmayaraq Puaronun sözlərini təsdiqləyir, və ortadan yox olur.
Qısa olaraq bu əsər məndə maraq oyatdı. Aqata Kristinin qızıl əsərlərindən biridir bu əsər.
Beş balaca donuzAgatha Christie · Qanun Nəşriyyatı · 04,025 okunma