Özümə söz vermişdim ki,birdə kitab incələməsi etməyəcəm(Şantajı oxuduqdan sonra)Ancaq bu kitaba incələmə etməsəm həm yazara,həm də kitabın özünə haqsızlıq etmiş olaram(çoxda uzun bir incələmə olmayacaq)
Aylar sonra yenidən kitab oxuyub,zorla da olsa bitirdim.Kitabı oxumağımın səbəbi kitabın adı oldu.Bəzi sözlərdə səhvlik var idi ancaq bu kitabı oxuyub bitirməməyə bir səbəb deyil.Yeni yazardı deyə nəzərə almaq olar. Sual altında qalan çox şeylər var ki,onlarıda ümüd edirəm 2-ci hissədə oxumaq nəsib olar :)
Kitab - yetimxanada böyümüş bir gənc oğlanın(Səlimin),gənc qızın(Gülərin) həyatına qəhrəman kimi girib,qızın öz dili ilə desək aşiq əcəli kimi qalmasından,bizim üçün çox asan olan güvəndən,inamdan,imkansız bir eşqdən bəhs edir.Gülərin+ailəsinin güvənini,etdiyi qəhrəmanlıqla qazanıb,qızı özünə aşiq edən Səlimin etdiyi əməllərdən peşman olduğu sonda açıq aydın bəllidir.Ancaq atalar dediyi kimi “Sonrakı peşmançılıq fayda verməz”.
Kitab axıcı üsulla yazılıb.Oxuyacaq hər kəsə uğurlar diləyirəm.Və yazar Ehtiram Babaşov qələminizə qüvvət deyib,uğurlarınızın davamını diləyirəm