Puan vermedi·224 syf.····Okunma: 09 Nisan 2025 11:34 Bu kitab məndə çox uzun illərdi var.Və bir dəfə oxumuşdum. Kitablarım arasında yenidən gözümə dəydi və bir daha oxumaq istədim. Sanki ilk dəfə oxuyurmuş kimi hiss edir və heçnə xatirlamırdım.
Taki Kənanla rastlaşana qədər.
Kitabi çox sevərək oxusamda bəzi hissələr çox uzun gedirdi və sıxılırdım.
Hekayə Qəmər adlı bir qızdan bəhs edir. Ailə ilə yaşadığı problemlərdən ,anasının onu tərk etməsindən,atasiyla sonra xoşbəxt olmasından.
Ama onun üçün ən böyük xoşbəxtlik universitetə qəbul olduqdan sonra tapdığı sevgidir
Yeni oxuyanlar üçün marağı qaçmasın deyə çox spoilər vermek istəmirəm.
Sadəcə mənə bir məqam həmişə sual olaraq qalacaq, Əgər Qəmər Kənanın necə olduğu onunla vaxt keçirmədən ona bağlanmadan əvvəl bilsəydi,bu hekayə yenə belə davam edərdimi!? Yoxsa sevgi hərşeyə rəğmən deməkdimi.
Hərkəsə xoş mütaliə’lər