Gönderi

Ayrılıqların Təkrarı
Puan vermedi·250 syf.··
Beğendi
·
2025 2. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Nisan 2025 09:32
Ayrılıqların Təkrarı” – İki qəlb, bir roman, bir ruh Ədəbi birliklərin nadir nümunələrindən biri: Aqşin Evrən və Xəzər Süleymanlı. Onların birgə yazdığı “Ayrılıqların Təkrarı” romanı, təkcə sevgi və itki mövzusunu deyil, həm də hisslərin tarixlə, zamanla və insan ruhu ilə necə kəsişdiyini gözəl şəkildə ortaya qoyur. Bu əsər nədənsə məndə Umberto Ekonun Qızılgülün adı romanını xatırlatdı – bəlkə də, səbəbi duyğuların və düşüncələrin simvolik qatlarla təqdim edilməsidir. Lakin “Ayrılıqların Təkrarı” öz ruhu olan, bizə məxsus bir əsərdir. Romanı oxuyarkən çox gözəl qurulmuş bir ssenarinin zaman-zaman nisbətən “korlandığını” hiss etdim. Sanki müəlliflər tarixdən gələn materialı bədii hisslərlə toxumağa çalışıblar, amma bəzi məqamlar daha da açılmağa, genişlənməyə layiq idi. Tarixi hadisələrə bir qədər artıq yer ayrılsaydı, bu roman təkcə emosional deyil, həm də daha güclü ədəbi-bədii çəkiyə malik olardı. Əsərdə sentimentallıq çoxdur – bəzən o qədər ki, süjetin nəfəsini daraldır. Lakin bu sentimental qatlar bəzən də romanın əsas gücünə çevrilir. Hisslər səmimidir, sətirlərdən keçib oxucunun iç dünyasına toxunur. Məhz bu səbəbdən də bütün o kiçik çatışmazlıqlara rəğmən romanı çox bəyəndim. O, mənim ruhuma toxundu, məni düşündürdü, bəzən susdurdu, bəzən də dərinləşdirdi. Əsər şeir kimi yazılıb – ritmi, ahəngi, səsi var. Bu roman həm bədii baxımdan, həm də ədəbi cəsarət baxımından dəyərlidir. İki müəllifin bir ruh kimi yazması, bir-birini tamamlaması əsəri daha da xüsusi edir. Və ən gözəli – bu, yerli ədəbiyyatımızdan çıxan bir romandır. Bizim dilimizdə, bizim ağrılarımızla, bizim sevgilərimizlə yazılmış bir roman.
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 2021100 okunma
·
65 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.