10/10
·272 syf.··
Beğendi
·
2025 21. kitabı
Zəlimxan Yaqub imzasıyla ilk tanışlığım olmasa da ilk kitabıdır ki, tam oxuyuram. Kitabın təqdimat gününə dəvət alanda fikirləşmişdim ki, mənim orda nə işim var ? Nə müəllif sağdır, nə oxuduğum imzadır. Yenə də dəvəti geri çevirmədim getdim. Həqiqətən də təqdimatda olanlardan ən dəxlisiz adam mən idim. Şairin qələm dostları, yol yoldaşları, deputatlar və başqa onunla heç olmasa bir dəfə belə tanış olmuş insanlar orda idi. Kitabı alanda da fikirləşdim ki, bəyənməsəm kiməsə bağışlayaram. Lakin gözlədiyimdən fərqli olaraq kitabı bəyəndim və kitab rəfimdə öz daimi yerini aldı.
Şiir
Seçmə ŞeirlərZəlimxan Yaqub · Qanun Nəşriyyatı · 20243 okunma
·
188 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.