Kitab haqqında çoxlu incələmələr var, mənim fikrimcə klassiklər arasında ən rahat oxunan kitablardan biri ola bilər. Nelly sizinlə qarşı-qarşıya oturub çayınızı əlinizə alıb sizinlə qeybət edirmiş kimi bir hiss buraxır. Bunun üçün təşəkkür Nelly amma Nellydən və kirayəçi Lockwood-dan başqa kitabda seviləcək heç kimmi olmaz?) bütün personajlara nifrət edir adam. Sevgi romanıdır amma sevgidən daha çox intiqam və nifrətdən bəhs edir. Heathcliff adam bu qədər nifrət dolu, intiqam duyğusu ilə məhv olmuş olmaz daha. Tamam sənə haqsızlıq edildi. Amma onsuz küçədə qalmışdın səni evə gətirib ən azından o həyatdan xilas etdilər bu ayrı. Tamam Catherine ə aşiq oldun o nə istədiyini bilməyən qız da Heathcliff mənim ruhumdur amma Edqara aşiqəm deyib vardövlətinə görə Edqarla evləndir. Tamam da oldu bitdi yetər. İntiqam almaq üçün ətrafında o hekayəyə əlaqəsi oldu olmadı hamının həyatını niyə zindana döndərirsən. Anlamadım bunu və buna görə də kitabdaki heç bir personajla empatiya qurub onları sevə bilmədim. Bir də mənə maraqlı gələn xanımların hamilə olması kitabda heç deyilmir bir də baxırsan uşaq dünyaya gətirərkən öldü.
Klassika oxumaq üçün, fərqli bir tərz üçün oxuya bilərsiz. Sevənləri əlbət çoxdur.
Sevginiz daima nifrətdən üstün olsun. Sevgi ilə qalın