Zweig yenə də hissləri ən gözəl anlamda oxuyucuya çatdıra bilir. Kitabda 3 əsas personajın dili ilə hekayəni oxusaq da əsas olan Edqar-12 yaşlı oğlan uşağının nə hiss etdiyini daha yaxşı anlayırıq. Ən əsası insanlar bir-birinə bəzən nifrət etsə də sevilmək üçün, yaşamaq üçün yenə bir-birlərinə möhtacdırlar. Edqar hələ də uşaq olduğu üçün , bəzi sirrləri bilməsə də bu qədər çox sevildiyi üçün xoşbəxtdir. Və artıq böyümək üçün o qədər də çox can atmır.