İlk başda kitaba giriş edə bilmədiyim üçün məni çox cəlb etməyəcəyini düşünsəm də, hadisələr yerinə oturduqca anladım. Yazıçı bizlərdən birinin həyatına toxunaraq qələmə alıb bu əsəri. Kitabda mənə görə qətiyyən xəyanət yoxdu. Normal həyat axınıdır əslində. Amma o qızın eqoist rəftarı iki dostun arasını ortada heçnə yoxkən açmış olması, kitabın son hadisələri kitabı yadda qalan etsə də, əminəm ki, hər kəs eyni qəzəblə oxuyub bitirdi. Sonda nə dostluq qazandı nə məhəbbət. Və bunu edən sevgi axtarışından əl çəkməyən bir xanım oldu. Mənə görə çox acınacaqlı. Çünki heç bir xanım sevgi acizi olmamalı
Dostluq Yoxsa Məhəbbət?Dilşad Talıbova