Cənubi Koreya yazıçısı Hwang Boreumun ilk kitabı olan “Hyunam-Dong kitabevinə xoş gəlmisiniz” kitabı çap edildikdən qısa müddət ərzində məhşurlaşıb, hətta onun yapon dilinə tərcüməsi 2024-cü ildə Yaponiya kitab satıcılarının mükafatını qazanıb. Əsər özünü dəyişmək, yeni sahələrdə görmək, inkişaf etmək istəyən bir qadının kitab evi açıb onu işlətməsi, ora gələn insanların hərəsinin bir həyat hekayəsi, bu hekayələri bir-biri ilə bölüşməsi, arzuları, məqsədləri, həyata baxışları barədədir. Həmin kitabevi insanların bir-birinə dəstək olduğu, özlərini ifadə edə bildikləri bir sığınacağa çevrilir.
Bəzən özünü tapmaq üçün kiçik bir sığınacağa ehtiyacın olur, əsas şərt onu tapmaqdır.