Puan vermedi·852 syf.··
2025 8. kitabı
Theodore Dreiser | Dahi "Dahi" Drayzerdən oxuduğum ilk kitab oldu və olduqca sevdim. Yucin Vitla obrazını unuda bilməyəcəyim mütləqdir, çünki çox əsəbiləşdim bu obraza. Onun məhəbbət, evlilik, azadlıq haqqındakı fikirləri əsl incəsənət insanının bu kimi hisslərə necə dərin məna verdiyini bizə aydın şəkildə göstərir. Ancela isə üzüldüyüm obrazlardan biri oldu. Çünki həmin dövürdə boşanma şərtləri başqa olduğu üçün, həm də sevdiyi üçün ondan vaz keçə bilmir. Yucinin onu aldatdığını bilə bilə yanında qalır, ən çətin zamanlarında onu tərk etmir. 2ci sevmədiyim obrazlardan biri Suzanna oldu. Evli olduğunu bildiyi halda, cəmiyyətdə yaxşı qarşılanmayacağını bildiyi halda Yurcinlə bərabər olmaq istəyir, anasına qarşı çıxır. Sonda Yucin Ancelaya qarşı səhv etdiyini anlayır amma artıq iş işdən keçmişdir. "Dahi" bütün zamanlarda, cəmiyyətdə baş verən hadisələri özündə əks etdirən dahi əsərlərdən biridir.
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2023269 okunma
·
35 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.