Cəfər Cabbarlı | "Solğun çiçəklər"
5 pərdədən ibarət olan “Solğun çiçəklər” pyesi ailə-məişət mövzusunda yazılmasına baxmayaraq, əsərdə cəmiyyətdəki vacib problemlər açıq bir şəkildə ifşa olunmuşdur. Dramda cəhalət, mühafizəkar insanların çürük adət-ənənələrə düşkünlüyü, qadın hüquqsuzluğu, pulun cəmiyyətə göstərdiyi pozucu təsir, pul düşkünü insanların əsl siması kəskin tənqid olunur. Cəfər Cabbarlı bu dramında hadisələri ailə-məişət çərçivəsində qələmə alsa da, ictimaiyyətdəki mövcud vəziyyəti də oxucuya göstərə bilmişdir.