Bu kitabı mütləq oxumalısız. Oxuyub bitirəndən sonra divara baxıb uzun-uzun düşündüm. Bəzən əsər sizə çox uzun, bolca təsvirlərlə dolu gələ bilər amma əsərin mənası elə orasındadır. Martinin əzminə heyran qaldım. İnsanın bir şeyi bu qədər çox istəməsi və buna nail olması. Təəssüf ki çox xoşbəxt olacağını sansa da məqsədinə çatandan sonra heç də elə olmadı. İStəklərini əldə etdi amma hər şeyin boş olduğunu gördü. Martin sənin üçün çox pis oldum. Xoşbəxtliyi tapmaq,ona çatmaq bu qədər çətin imiş.