“Zorba”ya böyük maraqla başladım. İlk 150 səhifə o qədər canlı, fəlsəfi və eyni zamanda axıcı idi ki, oxuduqca heyran qalırdım. Zorbanın həyatı dolu-dolu yaşama tərzi, azad ruhu və dünyaya fərqli baxışı insanda düşüncələr oyadır. Amma kitabın ortalarından sonra süjet bir qədər təkrar hissi yaradırdı, dinamika zəifləyirdi. Zorbanın qadınlara yanaşması da yer yer məni narahat etdi — sərt və birtərəfli idi. (Feminist olmasam da, bu baxış tərzini qəbul edə bilmədim.)
Sonluq isə düşündürücü idi, insana həyatın ötəriliyi və insan münasibətlərinin dəyəri üzərində yenidən düşünməyə imkan verir. Ümumilikdə, Zorba özünəməxsus obrazdır və bu kitab azadlıq, həyat və insanın öz iç səsi ilə dialoqu haqqında maraqlı əsərdir. Bütün bəyəndiklərim və bəyənmədiklərimə baxmayaraq, oxumağa ən az bir dəfə oxumağa dəyər.