“Çizgili Pijamalı Çocuk” – Müharibənin Günahsız Üzləri
John Boyne-un “Çizgili Pijamalı çocuk” əsəri oxucuya İkinci Dünya Müharibəsinin dəhşətlərini bir uşağın gözü ilə göstərən təsirli bir romandır. Əsərin əsas qəhrəmanı – Bruno – nasist bir zabitin oğludur. O, ailəsi ilə birlikdə Berlindən uzaq, gizli bir düşərgəyə köçür. Burada Bruno “çizgili pijama” geyinmiş bir uşaqla – Şmuel ilə tanış olur. Onların dostluğu, məsumluğun və saf uşaq duyğularının simvoluna çevrilir.
Romanın dili sadə, lakin emosional yüklüdür. Müəllif uşaqların dünyanı necə anladığını ustalıqla təqdim edir. Bruno-nun yaşadığı dünyada baş verənlərin fərqində olmaması, oxucuda həm kədər, həm də təəssüf hissi oyadır. Onun sualları və anlam verə bilmədiyi hadisələr əslində cəmiyyətin susqunluğunu və biganəliyini əks etdirir.
Əsərin sonluğu isə gözlənilməz və sarsıdıcıdır. Uşaqların çit arxasında birləşməsi – onların sonda eyni taleyi yaşaması – müəllifin dərin bir mesajıdır: nifrət və ayrıseçkilik nəticədə hər kəsi eyni sonluğa aparır. İdeologiyalar, sərhədlər, din və irq fərqləri qarşısında uşaq məsumluğu necə məhv olur – Boyne bunu sakit, amma sarsıdıcı bir dillə göstərir.
Mən kitabı oxuyarkən çox sadə gəldi, sonluğundan xəbərsiz idim. Amma sona yaxınlaşdıqca yaşadığım aydınlanma əsəri mənim üçün unudulmaz etdi.